Putinə görə gürcü jurnalisti təqib edən şəxsə 4 il həbs cəzası verildi

Putinə görə gürcü jurnalisti təqib edən şəxsə 4 il həbs cəzası verildi

Hazırda oxunan: Putinə görə gürcü jurnalisti təqib edən şəxsə 4 il həbs cəzası verildi

12399

Gürcü teleaparıcı Giorgi Qabunianı qanunsuz izləməkdə şübhəli bilinən Rusiya vətəndaşı 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Putinə niyə general rütbəsi verilmir? - Peskov açıqladı


Mənbə bildirib ki, Tbilisi Şəhər Məhkəməsi Rusiya vətəndaşı V.B-nin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 

İstintaq çərçivəsində həbs edilən şəxsin Rusiya-Gürcüstan sərhədini saxta sənədlərlə keçməsi və teleaparıcı Giorgi Qabunianı 2020-ci ilin 11 fevralından 13 iyun tarixinədək sistematik şəkildə qanunsuz izləməsi və onun barəsində şəxsi məlumatlar toplaması sübuta yetirilib. 

Qeyd edək ki, “Rustavi 2” telekanalının sabiq aparıcısı G. Qabunia 2019-cu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib və daha sonra kanalın efirindən uzaqlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO