Almaniya 2022-ci ildə Ukraynaya yardım üçün 14 milyard avro xərcləyib

Almaniya 2022-ci ildə Ukraynaya yardım üçün 14 milyard avro xərcləyib

Hazırda oxunan: Almaniya 2022-ci ildə Ukraynaya yardım üçün 14 milyard avro xərcləyib

123950

2022-ci ildə Almaniyadan Ukraynaya yardımın ümumi məbləği təxminən 14 milyard avro təşkil edib. Bu da onu kontinental Avropada Kiyevə ən böyük donor edib.

Bizim.Media xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

“Biz Ukraynanı silah və lazımi maliyyə yardımı ilə təmin edirik. Biz kontinental Avropada Ukraynaya ən böyük donor olduq. Bu və ya digər şəkildə biz ötən il Ukraynaya 14 milyard avro verdik və bundan sonra da verəcəyik”, - deyə Almaniya kansleri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO