Nadide Şebnem Aktop: “Ankara yalnız xalqının təhlükəsizliyini təmin etmək istəyir”.
Türkiyə öz NATO tərəfdaşlarına Rusiya zenit raket sistemi (ZRS) üzrə alternativ həllər və texniki tədbirləri birlikdə araşdırmağı təklif edir. Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu məlumatı Türkiyə müdafiə idarəsinin mətbuat katibi polkovnik - leytenant Nadide Şebnem Aktop açıqlayıb.
"NATO-nun digər müttəfiqləri tərəfindən istifadə olunan S-300 kimi, S-400 sistemləri də müstəqil və NATO-nun komandanlıq idarəetmə sisteminə inteqrasiyasız müdafiə sistemimizə cəlb ediləcək. NATO çərçivəsində bütün öhdəliklərini yerinə yetirən Türkiyənin NATO-ya zidd hərəkət etdiyi iddiaları düzgün deyil ", - Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, Ankara yalnız xalqının təhlükəsizliyini təmin etmək istəyir. Aktop bu fikirləri Türkyənin Sinopda S-400 Raket Qurğularını sınaqdan keçirdikdən sonra müttəfiqlər tərəfindən yaranan narazılağı şərh edərkən sələndirib.
NATO rəsmiləri bildirmişdilər ki, Türkiyənin Yunanıstan və NATO ilə münasibətlərində gərginliyin artması fonunda son "Triumf" sınaqları Ankara ilə onun ittifaq müttəfiqləri arasındakı fikir ayrılığını daha da artıracaq. Breaking Defense-nin məlumatına görə, ABŞ və NATO rəsmiləri Rusiya radarının alyans təyyarələrini təhlükəyə atdığından şikayətləniblər, çünki sistem operativ məlumatları Rusiya hərbçilərinə geri göndərə bilər.
Bundan əvvəl oktyabr ayında ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs Türkiyəyə Rusiya S-400 xidmətə gətirəcəyi təqdirdə ciddi problemlər yaranacağı barədə xəbərdarlıq edib. Ortequs bu komplekslərin tətbiq olunmayacağına ümid etdiyini bildirmişdi.
Türkiyənin ABŞ ilə münasibətlərində böhrana səbəb olan S-400 tədarükü 2019-ci ilin iyul ayının ortalarında başlamışdı. Vaşinqton sazişdən imtina etməyi və bunun əvəzində ABŞ-ın Patriot komplekslərini almağı təklif edirdi. Hətta Türkiyəyə ən yeni qırıcı təyyarələr olan F-35-ləri satmayacağı ilə hədələmişdi.
Bizim.Media