Şimali Koreya XİN-i Kim Çen İnin vəzifəsinə aydınlıq gətirdi

Şimali Koreya XİN-i Kim Çen İnin vəzifəsinə aydınlıq gətirdi

Hazırda oxunan: Şimali Koreya XİN-i Kim Çen İnin vəzifəsinə aydınlıq gətirdi

12385

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi xarici dövlətlərə ölkənin lideri Kim Çen Inı dövlət işlərinin sədri adlandırmalarını tövsiyə edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kim Çen İn ilk dəfə xalqına sürpriz etdi


Məlumatda bununla bağlı səfirliyə KXDR XİN-in protokol şöbəsindən nota daxil olduğu deyilir.

Qeyd edək ki, yanvar ayının əvvəlində Kim Çen In Koreya Əmək Partiyasının (KƏP) 8-ci qurultayında baş katib seçilib.

Xalq Demokratik Respublikasının qurucusu və KXDR-in hazırkı liderinin babası Kim İr Sen də KƏP-nin baş katibi vəzifəsini icra edib.

2011-ci ildə vəfat edənə qədər Kim Çen İr – Kim Çen Inın atası da analoji vəzifəni tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO