Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, son bir neçə ayda Kadırov normadan artıq kökəlib, bədəni şişkin görünür və videolarda çox vaxt gözləri tam açılmır.
İçkeriya baş nazirinin keçmiş müavini Əhməd Zakayevin iddialarına görə, onun böyrəklərində ciddi problemlər var.
Eks müavin bildirib ki, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib.
İddialara görə, məhz bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.
Kadırovun bəzən enerjili və çevik görünməsi isə stimullaşdırıcı vasitələrdən istifadə etməsilə bağlıdır. Belə ki, çeçen rəhbərdə artıq bu cür həblərə asılılıq yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 04.03.2023
Kadırovun səhhətində ciddi problemlər VAR – Bu dərmanlardan asılı haldadır
Hazırda oxunan: Kadırovun səhhətində ciddi problemlər VAR – Bu dərmanlardan asılı haldadır
Hazırda oxunan: Kadırovun səhhətində ciddi problemlər VAR – Bu dərmanlardan asılı haldadır
123697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.