KİV: Rusiya “Şimal axını” xətlərini bərpa etməyəcək, əksinə...

KİV: Rusiya “Şimal axını” xətlərini bərpa etməyəcək, əksinə...

Hazırda oxunan: KİV: Rusiya “Şimal axını” xətlərini bərpa etməyəcək, əksinə...

123684

Rusiya Avropaya təbii qazın nəqlini həyata keçirən “Şimal axını” boru kəmərlərinin zədələnmiş xətlərini təmir etmək niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Nəşr yazır ki, Rusiya həmin xətləri məhv etmək niyyətindədir.

Rusiya hakimiyyətinin planları ilə tanış olan mənbələrə görə, Moskva Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılması üçün heç bir perspektiv görmədiyi üçün bu addımı atacaq:

“Rəsmi Moskva yaxın gələcəkdə Şimal boru kəmərlərinə ehtiyac olacağını düşünmür”.

Qeyd edək ki, 2022-ci il sentyabr ayının sonunda “Şimal axını” və “Şimal axını 2” xətlərində partlayışlar baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO