Toyundan qovulan gəlin məşhur oldu – Özünə ər axtarır - VİDEO

Toyundan qovulan gəlin məşhur oldu – Özünə ər axtarır - VİDEO

Hazırda oxunan: Toyundan qovulan gəlin məşhur oldu – Özünə ər axtarır - VİDEO

12359

Aylar əvvəl sərbəst güləş üzrə dünya çempionu Zaurbek Sidakovla evlənərkən bəy tərəfindən toyundan təhqir edilərək qovulan gəlin Mədinə Pliyeva yalnız öz doğma Şimali Osetiyanı deyil, bütün ölkənin gündəmini alt-üst edib.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda qovulan gəlinin necə və harada yaşadığı hamı üçün maraqlıdır.

Toyundakı qalmaqallı hadisədən sonra utanc içində Vladikavkazdan Moskvaya qaçan gəlin bir müddət depresiyaya düşüb.

Hətta o, bu utancla yaşaya bilməyəcəyini düşünərək bir neçə dəfə intihara da cəhd edib. Buna baxmayaraq, bir müddət sonra Mədinənin Moskvadakə həyatı öz axarına düşüb.

Hazırda o, İnstaqramda pərəstişkarlarını gözəl fotoşəkilləri ilə sevindirməyə davam edir. Mədinə sevgilisinin olmadığını desə də, tezliklə arzuladığı kişi ilə görüşəcəyinə əmindir.

Xatırladaq ki, toy zamanı Sidakova və bir neçə qonağa gəlinin ədəbsiz formada videoları göndərilib.

Gəlin utanc içində mərasimdən qovulub və Zaurbekin qohumları onu şəhər kənarına aparıblar.

Hadisədən sonra Sidakovun atası ürək tutması ilə xəstəxanaya yerləşdirilib. Mədinə dərhal yaxınları və dostları ilə bütün əlaqələrini kəsərək Moskvaya getmək məcburiyyətində qalıb.

Bizim.Media






 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO