Təbiət şəhərləri sürətlə tərk etməyə məcbur edəcək – Mütəxəssisdən XƏBƏRDARLIQ

Təbiət şəhərləri sürətlə tərk etməyə məcbur edəcək – Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Təbiət şəhərləri sürətlə tərk etməyə məcbur edəcək – Mütəxəssisdən XƏBƏRDARLIQ

123445

Yaratdığımız süni həyat tərzini, süni qidaları ya özümüz məhv etməliyik, ya da təbiət özü məhv edəcək. Mütəxəssislər hesab edir ki, qəfil ölümlərin, ürəktutmaların başda gələn səbəbləri arasında iqlim dəyişikliyi, meqapolis, gərgin həyat tərzi ilə yanaşı, zərərli qidalar da rol oynayır.

Qida mütəxəssisi Ağa Salamov Bizim.Media-ya süni qidaların orqanizmə vurduğu fəsadlar, qəfil ürəktutmalarının yaranmasında qidaların rolu ilə bağlı danışıb.

Damarların düşməni trans yağlar

Ağa Salamov əvvəlcə trans yağlarının insan sağlamlığına vurduğu ziyanlardan danışıb: 

“Yağlar insan qidalanmasında vacibdir. Amma biz indi daha çox trans yağlarla qidalanırıq. Trans yağlar hər hansı bir bitki yağının (palma, qarğıdalı, günəbaxan və s.) hidrogenlə doydurulmuş, qatı hala gətirilmiş formasıdır ki, bura kərə yağı adı ilə satılan yağlar da daxildir. Bu yağlar ürək qan-damar sistemində birmənalı olaraq problem yaradır, damarda pis xolesterinin yaranmasına səbəb olur. Bu proses isə ürək çatışmazlığı, qəfil ölümlərə səbəb olur. O yağları quyruq yağı, nehrə və təmiz kərə yağı ilə əvəz etmək olar. Zeytun yağını salatlarda və qızartmalarda, quyruq yağını dolmalar, qovurmada istifadə etməliyik. Ət məhsullarını bişirəndə kərə yağı istifadə olunmalıdır. Heyvan mənşəli məhsullar kərə yağında hazırlanmalıdır. Bu yağlar faydalı xolesterin yaradır”.

Ağ çörək problemi...

A.Salamov hazırda yediyimiz çörək növlərinin də sağlamlığa fayda yox, zərər vurduğunu deyir. Keçmişdə olan əl dəyirmanlarından söz açan müsahibimiz bildirib ki, o zaman üyüdülən tam buğda, çovdar unu olurdu ki, bunu qarışdırıb kəpəkli, lifləri, mineralları tərkibində olan çörək ortaya çıxırdı: “İndi əla növ unlar var. Hansiki rüşeym və kəpək qismi ayrılıb. Bu da çox yeyiləndə bağırsaqlarda ağırlıq yaradır. Mədə, mədəaltı vəz, piylənmə problemləri yaradır. Qan dövranında problemlər ortaya çıxır. İnsan tam buğda unu ilə qidalananda həzm prosesi rahat  olunur. Qidanın rahat həzm olunması insanı aqressiyadan uzaq edir. Çünki bağırsaqlarda seratonin ifraz olunur. Bağırsaqlar ikinci beyindir”. 

Qazlı içki sindiromu

Mütəxəssis deyir ki, indi insanların süfrəsində az qala səhər, günorta və axşam rəngli, qazlı, boş karbohidratdan ibarət içkilər yer alır: “Bu cür sular ürək qan-damar sitemində, bağırsaqlarda problemlər yaradır.  Mədəni pozur, qaraciyərdə problemlər yaradır. Təbii ki, bunlar da bir-biri ilə əlqali olduğu üçün qəfil ölümlərə səbəb ola bilir”.

Meqapolis dərdi

Hər gün sosial mediada yüzlərlə insan tıxacdan, səsli-küylü şəhər həyatından bezdiyini yazır. Müsahibimiz deyir ki, qəfil ölümlərdə şəhər həyatının “rolu” danılmazdır: “10 dəqiqəlik yolu, saat yarıma getmək, ipoteka ilə mənzillər almaq, hansıki qarşısından səsli-küylü magistral yol keçir, bütün bu proseslər insanın əsəblərinə şüuraltı təsir edir. Bölglərdə güzəran elə qurulmalıdır ki, insanlar gedib rayonlarda yaşamağı həyat tərzi etsinlər. Torpaqdan kənar yaşamaq qiyamətin əlamətləridir və qəfil ölümlərdə bunun da rolu var. 

Torpağa qayıdıb orqanik məhsulları yetişdirməliyik, ənənəvi toxumların bərpa olunmasında Tərəvəzçilik İnstitutuna yardımçı olmalıyq. Vətəndaş olaraq hər birimiz, ölkəyə hibrid adı ilə gətirilən geni dəyişdirimiş məhsullardan istifadə etmək yerinə, nəsə etməliyik. 
Öz mövsümündə, öz torpağımızda yetişən orqanik məhsulları yeməliyik. Xarici ölkələrin mətbəxinə “möhtac” qalmışıq. Milli mətbəximizi modernləşdiririk. İçinə əlimizə gələni qatıb yeyirik. Modernləşmə pis deyil, amma radius həddini aşmamaq şərti ilə. Bizdə də hibrid məhsul yetişdirənlər var. Alaq otlarına, böcəklərə qarşı dərmanlama aparılır. Hibrid toxumu yetişdirmək üçün pestisidlərə ehtiyac olur. Nəticədə torpaq zəhərlənir. Sona bu dərmanlar olmadan orada heç bir şey yetişməyəcək. İndi bütün dünyada bir sistem var. Nə edirsən et, ancaq pul qazan. Mən öz sahəmdən misal gətirim. Maliyyəti az olsun deyə, ən ucuz yağı almaq istəyirlər. Yəni, işbazlar əsrində işabazların əlində qalmışıq”.

Qida mütəxəssisi hesab edir ki, zələzələlərin, epidemiyaların, kütləvi qırğın silahlarının işlənəcəyi zaman sürətlə yetişir. Ya insanlar meqapolisləri özləri tərk etməlidir, ya da təbiət bunları fəlakət, qıtlıqlarla yox edəcək

Hətta, indi bu vəzifəni təbiətin həyata keçirdiyinin şahidi olduğumuzu da əlavə edir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO