Rusiya XİN-dən nüvə təhlükəsizliyi ilə bağlı ABŞ-a XƏBƏRDARLIQ

Rusiya XİN-dən nüvə təhlükəsizliyi ilə bağlı ABŞ-a XƏBƏRDARLIQ

Hazırda oxunan: Rusiya XİN-dən nüvə təhlükəsizliyi ilə bağlı ABŞ-a XƏBƏRDARLIQ

123404

"ABŞ-ın hərəkətləri səbəbindən Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ilə bağlı durum getdikcə mürəkkəbləşir”.

Bizim.Media Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton nüvə sınağı keçirmək qərarına gələrsə, Rusiya adekvat cavab verəcək:

“Rusiya baş verənlərə biganə qala bilməz. Qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar kimsədə olmamalıdır”.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 10-da BMT Baş Assambleyasının 50-ci sessiyası tərəfindən qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO