"Kütləvi formada zəhərlənməyə görə İrandan cavab gözləyirik" - ABŞ Dövlət Departamenti

Hazırda oxunan: "Kütləvi formada zəhərlənməyə görə İrandan cavab gözləyirik" - ABŞ Dövlət Departamenti

123362

“Qızların, qadınların təhsil almaq hüququ var. İranda tələbə qızların zəhərlənməsi faktlarına aydınlıq gətirilməsini gözləyirik”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Amerikanın Səsi”nin farsça redaksiyasının əməkdaşının İranda şagird və tələbələr arasında kütləvi zəhərlənmə ilə bağlı sualına cavabında bildirib.

O, İranda zəhərlənmə hallarının çox narahatedici olduğunu bildirib. N.Prays buna görə İranın dövlət rəsmilərini günahlandırıb:

“Biz hakimiyyətin zəhərlənmə ilə bağlı hərtərəfli araşdırma aparmasını, bunun qarşısını almasını və günahkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan hər şeyi etməsini gözləyirik”.

Başqa bir məlumata görə, İranda zəhərlənən şagird və tələbələrin valideynlərinin etiraz aksiyasına Tehran rejiminin hərbi-polis qüvvələri hücum edib. Bildirilib ki, mülki geyimli polislər zəhərlənmiş şagirdlərin analarını vəhşicəsinə döyüblər.

İran parlamentinin keçmiş üzvü Mahmud Sadeqi bu hadisə ilə bağlı sosial şəbəkə səhifəsində yazıb: “Şagirdlərin analarını döyən hakimiyyətin mülki geyimli bu qüvvələri haradan çıxır?”.

Sosial şəbəkələrdə hərbi-polis qüvvələrinin valideynlərə hücumu ilə bağlı video da yayılıb. Hüquqşünas Mohsen Burhani də bununla bağlı yazıb: “Səsini kəsmək üçün kişi polisin qadının saçını yolması, üzünə və ağzına toxunması da artıq halal olub? Siz hansı dinə və ayinə inanırsınız?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO