ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı

ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı

Hazırda oxunan: ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı

12326

Amerika rəhbərliyi yenidən Belarus vətəndaşlarına qarşı sanksiya tətbiq edilməsi barədə qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blenkinin yayımladığı yazılı açıqlamada bildirilir.

Bu dəfə “qara siyahı”ya 43 nəfərin adı daxil edilib. Onlar Belarusda demokratiyanı pozmaqda ittiham edilirlər.

Adları sanksiya siyahısına düşənlərin arasında ədliyyə sisteminin yüksək rütbəli məmurları, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə dinc nümayişçiləri saxlayan və onlarla pis rəftar edən adi işçilər də var.

Bundan sonra onların ABŞ-a daxil olması qadağan edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO