BMT-də 54 ölkə İrana qarşı bəyanat qəbul ETDİ

BMT-də 54 ölkə İrana qarşı bəyanat qəbul ETDİ

Hazırda oxunan: BMT-də 54 ölkə İrana qarşı bəyanat qəbul ETDİ

123045

BMT İnsan Haqları Şurasının 52-ci sessiyasında 54 dövlət birgə bəyanat yayaraq, İran hakimiyyətinin insan haqlarını pozmasını pisləyib və bu ölkədə ölüm hökmünün tətbiqinə son qoyulmasını tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin farsca redaksiyası məlumat yayıb. 

Sənədi ABŞ, Avropa İttifaqı ölkələri, Çili, Ekvador, Uruqvay, Peru, Kolumbiya, Kosta-Rika, Böyük Britaniya, Kanada nümayəndələri imzalayıb. 

Adıçəkilən ölkələr Tehran hakimiyyətini qorxu yaratmaq, müxalifətin etirazlarını yatırmaq üçün ölüm hökmündən istifadə etməkdə günahlandırıblar. Sənəddə İrandakı rejimin həbs olunanlara qarşı işgəncələrə yol verməsindən narahatlıq ifadə olunub. 

Bundan başqa, bu bəyanatda İran hakimiyyətinin müvafiq qurumlarından BMT-nin mövcud insan hüquqları mexanizmləri ilə əməkdaşlıq etmələri tələb edilib. 
Xatırladaq ki, bu sənəd İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın BMT İnsan Haqları Şurasının iclasındakı çıxışından sonra qəbul edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO