Ukraynanın Belarus və Rusiya ilə sərhəd zolağının eni 2 kilometrə qədər genişləndiriləcək. Ərazisi minalanacaq, orada xüsusi rejim fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.
O, Ali Radanın bu yaxınlarda səs çoxluğu ilə müvafiq qanun layihəsini qəbul etdiyini xatırladıb:
“2 kilometrə qədər olan zolaqda Müdafiə Qüvvələrinin müharibə və sülh dövründə fəaliyyəti tənzimlənib. Sərhəd zolağı adətən dövlət sərhədinin bütün bölmələrində 30-50 metrdir, Rusiya və Belarusla bu zolaq 2 kilometrə qədər olacaq. Bəzi yerlərdə daha az ola bilər, hər şey landşaftdan və istiqamətlərin təhlükəsindən asılıdır.
Bu işlər bu ərazidə dövlət sərhədimizin nəzarətini və müdafiəsini gücləndirmək məqsədilə edilir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:35 / 28.02.2023
Ukraynanın Belarus və Rusiya ilə sərhəd zolağı genişləndiriləcək
Hazırda oxunan: Ukraynanın Belarus və Rusiya ilə sərhəd zolağı genişləndiriləcək
Hazırda oxunan: Ukraynanın Belarus və Rusiya ilə sərhəd zolağı genişləndiriləcək
122900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.