Misirin XİN rəhbəri Semih Şükri Türkiyənin zəlzəədən əziyyət çəkən bölgələrinə səfər edib.
Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, bu, son 10 ildə Misirdən Türkiyəyə yüksək vəzifəli məmurun ilk səfəridir.
S.Şükri səfər çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşüb.
Görüşlə bağlı açıqlama verən Çavuşoğlu bunları deyib:
“Misirlə yeni bir səhifə açırıq. Bizim görüşlərimizdən sonra prezidentlərimiz arasında da görüş keçirilə bilər”.
Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən dövlət çevrilişindən sonra Ankara və Qahirə arasında əlaqələr kəsilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:52 / 27.02.2023
Türkiyə və Misir arasında tarixi GÖRÜŞ
Hazırda oxunan: Türkiyə və Misir arasında tarixi GÖRÜŞ
Hazırda oxunan: Türkiyə və Misir arasında tarixi GÖRÜŞ
122853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.