Azərbaycanlıların hüquqlarını müdafiə etdiyi üçün güneyli vəkilə fəaliyyəti qadağan EDİLDİ 

Azərbaycanlıların hüquqlarını müdafiə etdiyi üçün güneyli vəkilə fəaliyyəti qadağan EDİLDİ 

Hazırda oxunan: Azərbaycanlıların hüquqlarını müdafiə etdiyi üçün güneyli vəkilə fəaliyyəti qadağan EDİLDİ 

122738

Güney Azərbaycanın Culfa şəhərindən olan vəkil Yılmaz Mehrəlibəyli Təbrizdə etiraz aksiyası keçirib.

Bizim.Media Günaz TV-yə istinadən xəbər verir ki, o, 26 fevral - Vəkillər Günündə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının müstəqil vəkillik fəaliyyətlərinə müdaxiləsinə, onun vəkillik fəaliyyətinə dair lisenziyanın verilməməsinə etiraz olaraq, adıçəkilən qurumun binası qarşısında aksiyaya əl atıb.

Mehrəlibəyli Şərqi Azərbaycan Vəkillər Kollegiyasının binası qarşısında əlində "Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyim üçün vəkillik fəaliyyətindən məhrum edilmişəm.
 

Vəkillər Günü mübarək. Qeyri-müstəqil idarə heyəti getməlidir, kollegiya qalmalıdır" məzmunlu plakat qaldırıb.

O, vəkillərin müstəqil fəaliyyət aparmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Şərqi Azərbaycan Vəkillər Kollegiyası hakimiyyətin tapşırığı ilə işlədiyi üçün ədalətdən danışmaq olmaz. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO