3 ölkədə güclü ZƏLZƏLƏ olub

3 ölkədə güclü ZƏLZƏLƏ olub

Hazırda oxunan: 3 ölkədə güclü ZƏLZƏLƏ olub

122716

Ötən gecə Qırğızıstan ərazisində 5,9 bal gücündə zəlzələ olub. Zəlzələni Almatı sakinləri də hiss edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspedisiyası məlumat yayıb. 

Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 kilometr cənub şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub. İki saat sonra isə Qırğızıstan və Çin sərhədinə, Almatıdan 278 kilometr cənub şərqdə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

İndoneziyanın Sulavesi adası yaxınlığında da 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Məlumata görə, zəlzələnin episentri Palu (Mərkəzi Sulavesi əyalətinin inzibati mərkəzi) şəhərindən 101 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 12 kilometr dərinlikdə olub. Palunun əhalisinin sayı 282 min nəfərdir.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Çin Seysmoloji Mərkəzinin məlumatına görə, ölkənin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 5,1 bal gücündə zəlzələ qeydə alıb.
Zəlzələnin episentri Aksu mahalında, ocağı isə 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO