"Zəlzələdə iki bacımı, hər ikisinin həyat yoldaşlarını və hərəsinin iki uşağını itirdik. Meyitləri tapıb dəfn etdik. Ancaq burada tapılmayan meyitlər də var. Bir dostumun qardaşının ailəsi 6 nəfərdən ibarət idi. Yaşadıqları bina tamamilə dağılmışdı. Həmin dağıntılar qazılıb aradan qaldırılsa da meyitlər tapılmadı. Çox güman ki, onların da meyiti kimsəsizlər qəbristanlığında dəfn olunub".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə zəlzələsində zərəkçəkən Ahmet Başpınar deyib.
O da ailəsi və xəstə anası ilə çadırda yaşamağa məcburdur. Ahmet kimsəsiz qəbristanlığından söz açıb deyir ki, orada kimliyi məlum olmayan və bütün qohumları vəfat edən insanları dəfn edirlər:
"Tapılan meyitlər şəhər mərkəzindən kənarda yerləşən qərargaha aparılır. Hüquq müdafiə orqanları meyitlərin şəkillərini çəkib kimliyini məlum etməyə çalışır. Məlum olmayanlar, yəni tanınmaz halda olanlar, bir də bütün qohumları həlak olanlar kimsəsizlər qəbristanlığında dəfn edilir", - deyə o, əlavə edib.
Kimsəsizlər qəbristanlığı Türkiyənin zəlzələ baş verən bütün şəhərlərində var. Həyat davam edir. Gələcəkdə isə bu məzarlıq hər kəsin ziyarətgahı, təsəlli yeri olacaq.
Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş
- A-
- A
- A+
Dünya
21:45 / 26.02.2023
Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO
Hazırda oxunan: Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO
Hazırda oxunan: Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO
122696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.