Avropa İttifaqı Şurası Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqlayıb.
Bizim.Media xəbər verir ki, yeni sanksiya paketinə KİV və ixrac əməliyyatları ilə bağlı qadağalar daxil edilib.
Nəticədə Rusiyaya ixracı qadağan olunan məhsulların siyahısı genişlənib. Siyahıya xüsusi texnika, avadanlıqlar və elektronika daxil edilib.
Bundan əlavə, Rusiyaya əhəmiyyətli gəlir gətirən asfalt və sintetik kauçuk kimi malların idxalına da əlavə məhdudiyyətlər qoyulub.
10-cu sanksiya paketinə Rusiya vətəndaşlarına Avropa İttifaqının strateji müəssisələrində rəhbər vəzifələr tutmaq da qadağan edilib, ölkənin 3 bankı Aİ-nin "qara siyahı"sına salınıb.
Aİ Şurası “Arabic RT” və “Sputnik Arabic" media orqanlarının yayım lisenziyasının dayandırılmasına qərar verib.
Belə ki, bu media Rusiya hökumətinin birbaşa və ya dolayı nəzarəti altındadır və "Rusiyanın təcavüzünü qanuniləşdirən və Ukraynaya dəstəyi zəiflədən davamlı və razılaşdırılmış dezinformasiya və müharibə təbliğat fəaliyyətləri üçün istifadə olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:58 / 25.02.2023
Aİ Rusiyaya qarşı 10-cu sanksiya paketini AÇIQLADI
Hazırda oxunan: Aİ Rusiyaya qarşı 10-cu sanksiya paketini AÇIQLADI
Hazırda oxunan: Aİ Rusiyaya qarşı 10-cu sanksiya paketini AÇIQLADI
122543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.