Zəlzələdə zərər çəkmiş 5 azərbaycanlının reabilitasiyası aparılır - RƏSMİ

Zəlzələdə zərər çəkmiş 5 azərbaycanlının reabilitasiyası aparılır - RƏSMİ

Hazırda oxunan: Zəlzələdə zərər çəkmiş 5 azərbaycanlının reabilitasiyası aparılır - RƏSMİ

122462

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək ölkəmizə təxliyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə olunduqdan sonra Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb edilirlər.

Bizim.Media xəbər verir ki, bu Sosial Xidmətlər Agentliyindən bildirilib.

Birinci mərhələdə ölkəmizə təxliyə edilən 6 ailəyə (ümumilikdə 22 nəfərə) Agentliyin müvafiq sosial xidmət müəssisəsində reabilitasiya xidməti göstərilib.

Hazırda isə müəssisədə daha bir ailə (üç nəfəri uşaq olmaqla ümumilikdə 5 nəfər) ilə bağlı reabilitasiya işləri davam etdirilir.

Müəssisəyə müvəqqəti yerləşdirilmiş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlanır və onların sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO