Müharibənin ildönümündə Zelenski hərbçiləri mükafatlandırdı - FOTO

Müharibənin ildönümündə Zelenski hərbçiləri mükafatlandırdı - FOTO

Hazırda oxunan: Müharibənin ildönümündə Zelenski hərbçiləri mükafatlandırdı - FOTO

122397

Kiyevin Sofiya meydanında müharibənin ildönümündə Ukrayna prezidenti Volodimir Zelenski hərbi qulluqçulara və mülki şəxslərə dövlət mükafatlarını təqdim edib, fəxri adlar verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinə, Milli Qvardiyaya, kəşfiyyata, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Polisə, sərhədçilərə, bütün müdafiə və təhlükəsizlik qüvvələrinə minnətdarlığını və ehtiramını bildirib.

Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və qəhrəmanlığa görə prezident “Ukrayna Qəhrəmanı” adına layiq görülmüş hərbi qulluqçuları - polkovnik-leytenant Yevgeni Boveni, kiçik serjant Vitali Onoprienkonu, polkovnik-leytenant Dmitri Kuşniri, polis polkovniki Oleq Lakustanı və Mülki Müdafiə Xidmətinin baş serjantı Andrey Koşovetsi “Qızıl Ulduz” ordeni ilə təltif edib. 
Zelenski həmçinin ölümündən sonra “Ukrayna Qəhrəmanı” adına layiq görülmüş əsgərlərin ailə üzvlərinə “Qızıl Ulduz” ordenini təqdim edib.

Ali dövlət mükafatlarını qohumlarına baş leytenant Artem Slisarçuk, baş əsgər Sergey Sova, baş leytenant Pavel Usov, baş leytenant Mixail Çuprin, mayor Aleksandr Krikunenko, polkovnik Yuriy Yurçik, polis polkovniki Yuriy Yurçik, polis polkovniki S.Kuratçenyork təqdim ediblər.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO