2015-ci ildə Çinin ərazisində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində dövriyyədən 102,5 ton müxtəlif növ narkotik müsadirə edilib.xa0
Moderator.az “tass.ru”x9d-ya istinadən xəbər verir ki, bu barədə bu gün narkotik maddələrin yayılmasının əleyhinə mübarizə dövlət komitəsinin müavini Lyu Yuetszin, Çin Xalq Respublikasının ictimai təhlükəsizlik nazirliyinin nümayəndələrii ilə birgə mətbuat konfransında bildirib.
2015-ci ilin illik hesabatında Çin Xalq Respublikasında narkotik maddələrin istifadəsi və yayılması faktı ilə 165 min cinayət işi araşdırılıb, bu işlərdə şübhəli bilinən 194 min şəxs həbs edilib və 102,5 ton müxtəlif növ narkotik maddə müsadirə olunub. Bu göstərilən rəqəmlər keçən ilki göstəricilərə müvafiq olaraq 13,2%, 15% və 48,7% artıb ”“ məmur qeyd edib.
Göstərilən statistik məlumatlara əsasən, hüquq-mühafizə orqanları tərəfindən 8,7 ton çətənə və həşiş, 8,8 ton heroin, 12 ton metamfetamin və 97,7 kq. kokain ələ keçirilib.
Ramil Həsənli

































































































