İspaniyada terrorçuluğu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
2 terrorçu zərərsizləşdirildi
Məlumata görə, etirazçılar Barselonanın və Madridin mərkəzində, həmçinin Kataloniyada və Qranada əyalətində qarışıqlıqlar zamanı saxlanılıblar.
Paytaxtda etiraz aksiyası mərkəzi “Puerta-del-Sol” meydanında başlayıb. Aksiyanın aqressiv iştirakçıları polisə müxtəlif əşyalar atmağa, şəhərə ziyan vurmağa başlayıblar.
Nəticədə polis dəyənəkdən istifadə ilə güc tətbiq etməli olub.
ABC qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.
“Europa Press” agentliyi isə Madriddə qarşıdurmalar zamanı 9 nəfərin xəsarət aldığını xəbər verir.
Bizim.Media
Contenidors en flames a passeig de Gracia amb plaça Catalunya. Concentració Hasel sha desfet. Manifestants estan molt dispersos. Continuen aldarulls. Via @elperiodico pic.twitter.com/5lENCzTIkl
— Guillem Sánchez (@guillem_sm) February 17, 2021