Kiber cinayətkarlar Pfizer peyvəndinin texnologiyasını ələ keçirmək istədilər

Kiber cinayətkarlar Pfizer peyvəndinin texnologiyasını ələ keçirmək istədilər

Hazırda oxunan: Kiber cinayətkarlar Pfizer peyvəndinin texnologiyasını ələ keçirmək istədilər

12197

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NİS) Şimali Koreya tərəfindən ABŞ əczaçılıq nəhəngi Pfizerin serverlərinə kiber hücum edildiyini açıqlayıb. Əsas məqsədin Pfizerin Covid-19 peyvənd texnologiyasını ələ keçirmək olduğu bildirilib.

Bizim.Media xəbər verir ki, Şimali Koreyanın dəstəklədiyi kiber cinayətkarların ən azı 6 əczaçılıq şirkətini hədəf aldığı açıqlanıb.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətindən verilən açıqlamada kiber hücumun qarşısının alındığı qeyd edilib.

Cinayətkarlar peyvənd texnologiyasını ələ keçirərək başqa ölkələrə satmaq istəyiblər.

Qeyd edək ki, ötən il, dekabrın 11-də ABŞ-da təcili istifadəyə icazə verilən Biontech/Pfizer Covid-19 peyvəndi simptomatik xəstələrdə 94, ağır hallarda isə 92 % effektiv hesab edilir. (Ted)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO