Azərbaycanla Britaniya arasında sərhəd təhlükəsizliyi müzakirə olunub - FOTO 

Azərbaycanla Britaniya arasında sərhəd təhlükəsizliyi müzakirə olunub - FOTO 

Hazırda oxunan: Azərbaycanla Britaniya arasında sərhəd təhlükəsizliyi müzakirə olunub - FOTO 

121914

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycan Respublikasına səfəri çərçivəsində 22 fevral tarixində Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov tərəfindən qəbul edilib. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Krallığın müvafiq qurumları arasında sərhəd təhlükəsizliyinin müxtəlif sahələrində həyata keçirilmiş əməkdaşlıq qeyd edilib, sərhəd mühafizəsi, o cümlədən dəniz təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında 2020-ci ildə Vətən Müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, işğaldan azad edilmiş ərazilərdə hazırda dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. 
İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu kimi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmış, gələcəkdə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. 

Səfər müddətində qonaqlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-nəzarət, Gəmi İnşası və Təmiri mərkəzləri, eləcə də 2-ci dərəcəli sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO