25 nəfərlik zəvvar qrupu Ümrə ziyarətinə gedib

25 nəfərlik zəvvar qrupu Ümrə ziyarətinə gedib

Hazırda oxunan: 25 nəfərlik zəvvar qrupu Ümrə ziyarətinə gedib

121887

Azərbaycandan növbəti 25 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bir həftə davam edəcək ziyarətin qiyməti 1300 dollardır.

Növbəti zəvvar qrupu isə martın 6-13-ü tarixlərində ziyarətə gedəcək. Verilən məlumata görə, ziyarətə hər yaş qrupundan olan insanlar getsə də, yaşlı və orta yaşlılar üstünlük təşkil edir. 

Qeyd edək ki, bu il  Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota və qiymətlər hələ açıqlanmadığı üçün sənəd qəbulu aparılmır.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO