Almaniya vətəndaşına İranda edam hökmü VERİLDİ

Almaniya vətəndaşına İranda edam hökmü VERİLDİ

Hazırda oxunan: Almaniya vətəndaşına İranda edam hökmü VERİLDİ

121861

İran məhkəməsi ikili vətəndaşlığı olan Cəmşid Şarməhdi edam cəzasına məhkum edib. 

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, fevralın 21-də keçirilən məhkəmədə Şarməhdə vəkillə təmin olunması icazəsi verilməyib. 

Məhkəmə onun "terror aktlarının hazırlanması və yönləndirilməsi" ilə məşğul olduğunu iddia edərək, "ictimai asayişin ciddi şəkildə pozulmasına səbəb olan" hərəkətlərdə ittiham edib. 

Bildirilib ki, 67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik qüvvələri tərəfindən qaçırılaraq İrana köçürülüb. 
Onun qızı Qəzalə Şarməhd atasının radio müxbiri olduğunu və sadəcə xalqın narazılığını əks etdirdiyini deyib və atasına qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO