“Qərb orada vəsait saxlayan rusiyalı iş adamlarını qarət edib” - Putin

“Qərb orada vəsait saxlayan rusiyalı iş adamlarını qarət edib” - Putin

Hazırda oxunan: “Qərb orada vəsait saxlayan rusiyalı iş adamlarını qarət edib” - Putin

121712

“Qərbin təhlükəsiz liman obrazının saxta olduğu ortaya çıxdı”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Qərbdəki Rusiya biznesi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Qərbdə vəsait saxlayan rusiyalı iş adamlarını orada qarət ediblər.

Putin qeyd edib ki, sadə rusiyalıların heç birinin xarici banklarda kapitalını itirən, yaxtalarını, saraylarını itirən iş adamlarına yazığı gəlməyib:

"Böyük Rusiya bizneslərinin sahibləri xarici hökumətlərdən asılı olması ölkə üçün böyük təhlükədir. Rusiya Federasiyasının iri biznesmenləri başa düşməlidirlər ki, onlar Qərb üçün ikinci dərəcəli yad olaraq qalacaqlar, “qraf, per, mer” titulları onlara kömək etməyəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO