Türkiyənin zəlzələ baş verən ərazilərinin sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ 

Türkiyənin zəlzələ baş verən ərazilərinin sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ 

Hazırda oxunan: Türkiyənin zəlzələ baş verən ərazilərinin sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ 

121601

Türkiyənin Hatay bölgəsində baş verən 6,4 bal gücündə zəlzələdən sonra bölgədəki vətəndaşlara dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı sahil zolağından uzaq olmaları barədə xəbərdarlıq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

“Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra əlaqədar qruplarımız həyəcan vəziyyətindədir və gələn xəbərlərə operativ reaksiya verir. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”,-deyə məlumatda qeyd edilib. 

Bundan başqa Mersin valiliyi də xəbərdalıq edib. Onlar Mersin sakinlərinin dəniz sahilindən kənarda durmasını xahiş edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO