Türkiyə millisinin oynayacağı stadionda çatlar aşkarlandı - FOTO 

Türkiyə millisinin oynayacağı stadionda çatlar aşkarlandı - FOTO 

Hazırda oxunan: Türkiyə millisinin oynayacağı stadionda çatlar aşkarlandı - FOTO 

121579

Avro-2024-ün seçmə mərhələsində iyunun 19-u keçiriləcək Türkiyə - Uels matçının oynanılacağı Samsun 19 May Stadionunun son durumu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Bizim.Media xəbər verir ki, Türkiyə Futbol Federasiyasının görüşün məkanı olaraq təyin etdiyi stadionun bəzi yerlərində çatlar və döşəmədəki boşluqlar azarkeşlərin narazılığı ilə qarşılanıb. 

Sosial mediada stadionun sürətlə yayılan görüntülərindən sonra Samsun Gənclər və İdman Baş İdarəsi bununla bağlı hesabat hazırlayıb. Hesabat Gənclər və İdman Nazirliyinə təqdim edildikdən sonra araşdırma başlanıb. 
2017-ci ilin avqustunda “Beşiktaş” – “Konyaspor” arasında oynanılan Superkubok matçı ilə açılışı olan stadionun podratçı firmasının mütəxəssis qrupları və inşaat mühəndisləri tərəfindən aparılacaq araşdırmadan sonra ictimaiyyətə məlumat veriləcək. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO