Saakaşvilinin tərəfdarları yenidən ETİRAZLARA BAŞLADILAR  

Saakaşvilinin tərəfdarları yenidən ETİRAZLARA BAŞLADILAR  

Hazırda oxunan: Saakaşvilinin tərəfdarları yenidən ETİRAZLARA BAŞLADILAR  

121571

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları Tbilisi və Batumidə etiraz aksiyaları keçirirlər. 

Bizim.Media xəbər verir ki, etiraz aksiyalarından görüntülər Gürcüstan telekanalları tərəfindən yayımlanır. 

Məlumata görə, Tbilisidəki aksiya hökumət binasında başlayıb.  

Burada Saakaşvilinin təsis etdiyi müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri, həmçinin sabiq prezidentin 100-dən çox tərəfdarı iştirak edir. Etirazçılar həbsdə olan Saakaşvilinin müalicəsi üçün azadlığa buraxılmasını tələb edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO