Erməni siyasətçi Paşinyanın Münhendəki boşboğazlığı HAQDA: “Tutarlı arqument gətirə bilmədi”

Erməni siyasətçi Paşinyanın Münhendəki boşboğazlığı HAQDA: “Tutarlı arqument gətirə bilmədi”

Hazırda oxunan: Erməni siyasətçi Paşinyanın Münhendəki boşboğazlığı HAQDA: “Tutarlı arqument gətirə bilmədi”

121381

Münhen konfransında Paşinyanla İlham Əliyev arasında gedən debata dəhşətlə baxdım. Ermənistan liderlərinin Levon Ter-Petrosyandan başlayaraq Robert Köçəryana, Serj Sarkisyana və nəhayət Nikol Paşinyana qədər təkamülünü müşahidə etsəniz, Ermənistanın növbəti liderinin pitekantrop (Yava adasında yaşayan meymuna bənzər insan) olacağı fikrini rədd etmək çətindir.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni siyasətçi, “Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan səsləndirib.

“İlham Əliyev Ruben Vardanyan Qarabağı təmsil etdiyi müddətdə ermənilərlə danışıq aparmayacağını deyəndə Paşinyan susdu və Laçın dəhlizinin blokadasının olmamasını təkzib etmək üçün bircə tutarlı arqument gətirə bilmədi.

Ancaq İlham Əliyevin Qarabağda 64 məscidin dağıdılması ilə bağlı açıqlamasına cavab vermək qərarına gələndə məlum oldu ki, kaş ki, Paşinyan bu ittihama ümumiyyətlə cavab verməyəydi.

O, bu məlumatı təkzib etmədi. Dedi ki, sovetlər dövründə Azərbaycanda 1560 məscid dağıdılıb.  

Beləliklə, Paşinyan ona ayrılan vaxtı belə boşboğazlığa sərf etdi.

Bir sözlə, Paşinyanın dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu və məlum oldu ki, pis diplomatiya nəticəsində də nəyisə itirəcəyik”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO