Meymunlar dəhşət saçdı, 8 günlük körpəni qaçırıb öldürdülər

Meymunlar dəhşət saçdı, 8 günlük körpəni qaçırıb öldürdülər

Hazırda oxunan: Meymunlar dəhşət saçdı, 8 günlük körpəni qaçırıb öldürdülər

12119

Hindistanın Tamilnad ştatının Tancavur şəhərində vəhşi meymunlar yeni doğulmuş əkizləri oğurlayıb onlardan birini öldürüblər. Bu barədə "The Times of India" nəşri məlumat yayıb.

Hadisə uşaqlar bir müddət baxımsız qaldığı vaxt baş verib.

Ananın həyətdəki hamamda başının qarşıdığını görən bir dəstə meymun evə girərək, uşaqları yatdığı yerdən götürərək dərhal oranı tərk ediblər.

Ana səs-küyə qaçıb evə girəndə uşaqlarını qoyduğu yerdə görməyib. 

Dərhal həyətə çıxıb qışqıran ananın köməyinə qonşular gəlib, onlar evlərin damının birində oturan meymun əlində uşaqlardan birini xilas edə biliblər. 

İkinci körpə qız uşağını isə xilas etmək mümkün olmayıb. Hadisə yerinə meşə idarəsinin işçiləri dəvət olunub. 

Meşə işçiləri bir neçə saat sonra isə 8 günlük körpəni su arxlarının birində ölmüş vəziyyətdə tapıblar. 

Xatırladaq ki, Hindstanda belə hadisələr tez-tez baş verir. Qatil meymunlar hər il neçə uşağı amansız şəkildə qətlə yetirilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO