Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi keçirilib – FOTO

Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi keçirilib – FOTO

Hazırda oxunan: Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi keçirilib – FOTO

121150

Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə fevralın 15-də Brüsseldə dünya şöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” foto-sərgisi təşkil edilib.

Bizim.Media xəbər verir ki, sərgi Azərbaycanın Belçikadakı Səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Səfir Vaqif Sadıqov tədbir iştirakçılarını öncə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. 

Daha sonra səfir 1992-ci ilin 26 fevral tarixində 613 mülki şəxsin dəhşətli qətliamı, 8 ailənin tamamilə məhvi, 1300 nəfərin əsirliyə götürülməsi, yüzlərlə azyaşlıların valideynsiz qalması ilə nəticələnən və bütövlüklə insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında tədbirin iştirakçılarına məlumat verib 
Diplomat ölkəmizin çətin günlərində Azərbaycanda olan, xalqımızın çəkdiyi əziyyətli günlərin canlı şahidi, həqiqətləri öz kamerasına qeyd edən və dünyaya yayan Reza Deqatiyə təşəkkürünü bildirib.

Daha sonra Reza Deqati çıxış edib, bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini və həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. 
O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların daha çox sağ qalan insanların ruhlarına, qəlblərinə, yaddaşlarına sağalmayan yaralar açdığını dərk etməyimizin vacibliyini vurğulayıb. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO