Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar təxirə salındı

Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar təxirə salındı

Hazırda oxunan: Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar təxirə salındı

120923

Almaniyanın “Lufthansa” aviaşirkəti tətil səbəbilə Frankfurt və Münhen hava limanlarından sabaha planlaşdırılan bütün reyslərin ləğv edildiyini bildirib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu hava limanlarından olacaq 1300 reys ləğv edilib. 

Buna görə digər hava limanlarında müxtəlif istiqamətlərdə reyslərin ləğvi və gecikmələri də gözlənilir. 

“Lufthansa”dan verilən açıqlamada, ləğvlərdən təsirlənən sərnişinlərin əvvəlcədən məlumatlandırıldığı və sərnişinlərə alternativ rezervasiya təkliflərinin olduğu qeyd edilib. 

Açıqlamada, 18 fevral 2023-cü il şənbə günündən etibarən hava limanlarında müntəzəm uçuş əməliyyatlarının normala dönəcəyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO