Türkiyədə baş verən Kahramanmaraş mərkəzli zəlzələlərin 11-ci günündə növbəti möcüzə yaşanıb.
Bizim.Media xəbər verir ki, aparılan axtarış-xilasetmə işləri zamanı zəlzələnin 258-ci saatında Ebrar Sitesi Z Blokunun 7-ci mərtəbəsində yaşayan 30 yaşlı Neslihan Kılıç adlı gənc qadın dağıntılar altından xilas edilib.
Qadın dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Kılıçın həyat yoldaşı və uşaqlarının hələ də dağıntılar altında olduğu bildirilir.
Bizim.Media