III Antalya Diplomatiya Forumu TƏXİRƏ SALINDI  

III Antalya Diplomatiya Forumu TƏXİRƏ SALINDI  

Hazırda oxunan: III Antalya Diplomatiya Forumu TƏXİRƏ SALINDI  

120908

Bu ilin mart ayının 10-12-də keçirilməsi planlaşdırılan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ADF-nin rəsmi “Twitter” hesabında  məlumat verilib. 

“Antalya Diplomatiya Forumunun (ADF) ilk iki buraxılışı qlobal və regional məsələləri hərtərəfli müzakirə etmək, dinc dialoqu təşviq etmək üçün səmərəli platforma təqdim etdi. Keçmiş Forumların uğurlarına əsaslanaraq, biz builki buraxılışı martın 10-12-də keçirmək niyyətində idik.  

Təəssüflər olsun ki, fevralın 6-da ölkəmizdə əsrin ən dağıdıcı təbii fəlakətlərindən hesab edilən iki dağıdıcı zəlzələ baş vermiş, xalqımızı dərin kədərə qərq etmişdir. Böyük axtarış-xilasetmə işləri, dünyanın hər yerindən olan dostlarımızın humanitar yardımları davam etsə də, bu fəlakətin təsiri böyükdür və hələ uzun müddət ölkədə hiss olunacaq. 
Türkiyə üçün indi zərər çəkənlərə kömək etmək və bölgənin yenidən qurulmasına diqqət yetirməyin vaxtıdır. Bu şəraitdə biz ADF-nin üçüncü buraxılışının bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq. 

Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO