BMT Əhali Fondunun qiymətləndirmə qrupu Milli Məclisdə olub - FOTO 

BMT Əhali Fondunun qiymətləndirmə qrupu Milli Məclisdə olub - FOTO 

Hazırda oxunan: BMT Əhali Fondunun qiymətləndirmə qrupu Milli Məclisdə olub - FOTO 

120885

Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvü Nigar Arpadarai BMT Əhali Fondunun qiymətləndirmə qrupu ilə görüşüblər. 

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib. 

Məlumata görə, görüşdə çıxış edən Hicran Hüseynova Azərbaycanda əhalinin sağlamlığının qorunması, ailə planlaşdırılması, gender bərabərliyinin təmin edilməsi, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələrdə görülən işlərdən, reallaşdırılan layihələrdən, dövlət siyasətindən və əldə olunan müsbət nəticələrdən, danışıb. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-2022-ci illər ərzində bu istiqamət üzrə gördüyü işlərdən bəhs edən Hicran Hüseynova mütəmadi olaraq müxtəlif mövzularda dinləmələr keçirildiyini qeyd edib.
Bildirib ki, bu dinləmələr zamanı mövcud gender stereotipləri və onların aradan qaldırılmasında qanunvericilik sahəsində hansı dəyişikliklərə və əlavələrə ehtiyacın olduğu müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Komitə sədri diqqətə çatdırıb ki, bu tədbirlərdə BMT-nin nümayəndələri aktiv iştirak ediblər və təkliflərini səsləndiriblər. O, eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə görülən işlərdən də bəhs edib. 

Görüşdə BMT Əhali Fondunun qiymətləndirmə qrupunun nümayəndəsi Aşley Major təmsil etdiyi qurumla Azərbaycanın birgə həyata keçirdiyi proqram və layihələrdən bəhs edib. Qeyd edib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən reallaşdırılan "Avropa İttifaqı Gender Bərabərliyi naminə Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı da bu sahədə olan layihələrdəndir. Hazırda üç il ərzində icra edilən fəaliyyətin nəzərdən keçirilməsi, eləcə də növbəti mərhələnin başlanması məqsədi ilə sözügedən layihənin qiymətləndirilməsi həyata keçirilir.

O, ölkəmizə qiymətləndirmə missiyasının həyata keçirilməsi məqsədi ilə gəldiyini deyib. 

Görüş zamanı qonağı maraqlandıran suallar cavablandırılıb, gələcəkdə BMT-nin Əhali Fondu ilə birgə reallaşdırıla biləcək layihələr və işlər barədə təkliflər səsləndirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO