Səmada 3 mindən çox sahibsiz RAKET DOLAŞIR – “İstənilən vaxt Yerə çırpılıb partlaya bilərlər” - SOS

Səmada 3 mindən çox sahibsiz RAKET DOLAŞIR – “İstənilən vaxt Yerə çırpılıb partlaya bilərlər” - SOS

Hazırda oxunan: Səmada 3 mindən çox sahibsiz RAKET DOLAŞIR – “İstənilən vaxt Yerə çırpılıb partlaya bilərlər” - SOS

120849

Səmada yad cisimlərin, uçan naməlum obyektlərin (UNO) görünməsi, əslində Yer kürəsi ətrafında yaranan böyük zibilliyin nəticəsində ortaya çıxır.

Bunu Bizim.Media-a açıqlamasında AMEA Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi deyib.

O bildirib ki, UNO-lar sadəcə yolunu azmış müasir texnikanın hissələrdir:

“Səmada heç bir tanınmayan obyekt yoxdur. Hamısı insanın yaratdığı qurğulardır.

Hazırda Yerin ətrafında böyük bir zibil qatı var. 2-3 mindən, bəlkə daha çox kosmik raket var. Həmin raketlərin toqquşması və Yerə düşməsi ehtimalı var. Biz ona UNO deyə bilmərik. Həmin raket vaxtilə buraxılıb və yolunu azıb, yəni koordinatı itirilib”.

Alim Yerin ətrafında olan həmin zibil qatının planetimiz üçün yaratdığı təhlükələrdən də danışıb və gələcəkdə bu cür halların baş verəcəyini vurğulayıb:

“3-4 il bundan əvvəl Çinin 8,3 tonluq raketi var idi. Məlum oldu ki, həmin raket tədricən aşağı enir. O zaman dünya dövlətləri onu raketi ilə bağlı tədbir görməyə məcbur etdi. Çin də öz raketini partlatdı, qəlpələrə bölündü və həmin qəlpələr Yerə gəlib çatmadı.
1957-ci ildə Yerin ətrafında bir kosmik raket fırlandığı halda, indi minlərlə bu cür raket var. Onların da yaşama müddəti 10-15 ildir. Ona görə də həmin raketlərin Yer kürəsi üçün ciddi təhlükələri var. Raketlərin sürətli şəkildə Yerə düşmə ehtimalı var ki, düşdüyü yeri darmadağın edər”.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO