“Rusiyanın muzdlu “Vaqner” qrupu terror təşkilatı kimi tanınmalıdır”.
Bizim Media xəbər verir ki, bu bəyanatla hər iki partiyadan olan ABŞ senatorlarları çıxış ediblər.
Onların fikrincə, elə qanun layihəsi qəbul edilməlidir ki, Dövlət Departamenti lazımi dəyişiklikləri həyata keçirməyə məcbur olsun.
Son bir ildə ABŞ qanunvericiləri arasında Ukraynaya daha aktiv yardımın və Kremlə təzyiqlərin artırılmasının tərəfdarları hökumətə “Vaqner” qrupunun terror təşkilatları siyahısına daxil edilməsini tələb edib.
Ötən ayın sonunda ABŞ Maliyyə Nazirliyi Yevgeni Priqojinin rəhbərlik etdiyi şirkəti “ciddi beynəlxalq cinayət təşkilatı” elan edib və onunla əlaqəli bir sıra şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyada “Vaqner” İtaliyanın mafiya sindikatları, Rusiya və Yaponiyadan olan mütəşəkkil cinayət qrupları ilə eyni siyahıda yer alıb.
Demokrat Ben Kardin və respublikaçı Rocer Uikerin rəhbərlik etdiyi bir qrup konqresmenin fikrincə, bu kifayət deyil. Senatorlar “Rusiya muzdlularının məsuliyyətə cəlb edilməsi haqqında” qanun layihəsinin yenidən təqdim edilməsini elan ediblər. Bu layihə Konqresə təqdim edilib, lakin qəbul olunmayıb.
Əgər “Vaqner” terror təşkilatı kimi tanınsa, ABŞ-da hər kəsin ona yardım göstərməsi qeyri-qanuni sayılacaq.
Buraya maliyyə əməliyyatları, təlimlər, silahların təqdim edilməsi və ya məsləhət xidmətləri daxildir. Bəzi hallarda bu, təşkilat üzvlərinin ABŞ-dan qovulması ilə də nəticələnə bilər.
Bizim Media
- A-
- A
- A+
Dünya
15:54 / 16.02.2023
ABŞ senatorları: “Rusiyanın “Vaqner” qrupu terror təşkilatı kimi tanınsın”
Hazırda oxunan: ABŞ senatorları: “Rusiyanın “Vaqner” qrupu terror təşkilatı kimi tanınsın”
Hazırda oxunan: ABŞ senatorları: “Rusiyanın “Vaqner” qrupu terror təşkilatı kimi tanınsın”
120847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.