Putinin keçmiş arvadı İspaniyada daşınmaz əmlakını satır

Putinin keçmiş arvadı İspaniyada daşınmaz əmlakını satır

Hazırda oxunan: Putinin keçmiş arvadı İspaniyada daşınmaz əmlakını satır

120806

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya İspaniyadakı daşınmaz əmlakını satır. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Espanol” qəzeti və “Confidencial” portalı yayıb.

Jurnalistlər yazır ki, satışın səbəbi “AB sanksiyaları altına düşmək qorxusu”dur.

Qeyd edilir ki, əmlak Aralıq dənizinin ən bahalı kurortlarından biri olan Marbella şəhərindəki dəbdəbəli yaşayış kompleksindədir.

Ümumi dəyəri 2,2 milyon avro olan mənzili Putinin keçmiş həyat yoldaşının hazırkı əri Artur Oçeretnıy nikahdan əvvəl alıb.

İspan nəşrləri hesab edirlər ki, əmlak Rusiya prezidentinin pulu ilə əldə edilib.

Oçeretnılar ailəsi artıq Britaniya sanksiyaları altındadır. Onun AB-nin sanksiya siyahısına daxil edilməsini Ukrayna hökuməti və Korrupsiyaya Qarşı Mübarizə Fondu istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO