Xəbər verdiyimiz kimi, Rusiya ordusu Xarkov vilayətində geniş hücuma keçib. Məlumatı vilayət administrasiyasının qondarma rəhbəri Vitali Qançev yayıb. O, sentyabr ayınadək vilayətin Rusiyanın nəzarətində olan bütün yaşayış məntəqələrinin tezliklə azad ediləcəyini deyib.
Bizim.Media xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışında bu faktı təsdiq edib.
Diplomat hazırda Ukraynada hərbi vəziyyətin son dərəcə narahatedici olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna ilk dəfədir ki, əsgər sayı ilə bağlı üstünlüyünə malik deyil:
“Buna görə də Ukrayna Aİ-nin üzv dövlətlərinə və bu ölkəyə kömək edən hər kəsə çağırış edir”.
Cozep Borrell vurğulayıb ki, sülh qazanmaq üçün əvvəlcə müharibədə qalib gəlmək lazımdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:07 / 15.02.2023
Rusiya ordusunun hücuma keçdiyini Borrell də təsdiqlədi: “Vəziyyət son dərəcə narahatedicidir”
Hazırda oxunan: Rusiya ordusunun hücuma keçdiyini Borrell də təsdiqlədi: “Vəziyyət son dərəcə narahatedicidir”
Hazırda oxunan: Rusiya ordusunun hücuma keçdiyini Borrell də təsdiqlədi: “Vəziyyət son dərəcə narahatedicidir”
120633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.