Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Malatya şəhərində baş vermiş zəlzələdə azərbaycanlı tələbələrin həlak olması ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib:
“Ölkəmizdəki zəlzələdə həlak olan azərbaycanlı tələbələrə Allahdan rəhmət, ailələrinə və sevənlərinə səbir diləyirik”.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. Tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb. Cənazələrin bu gecə (fevralın 16-da) saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:45 / 15.02.2023
Türkiyədə həlak olan tələbələrimizlə bağlı Cahit Bağçıdan paylaşım – FOTO
Hazırda oxunan: Türkiyədə həlak olan tələbələrimizlə bağlı Cahit Bağçıdan paylaşım – FOTO
Hazırda oxunan: Türkiyədə həlak olan tələbələrimizlə bağlı Cahit Bağçıdan paylaşım – FOTO
120627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.