Britaniya zəlzələ bölgəsinə qoşun göndərəcək? – DETALLAR

Britaniya zəlzələ bölgəsinə qoşun göndərəcək? – DETALLAR

Hazırda oxunan: Britaniya zəlzələ bölgəsinə qoşun göndərəcək? – DETALLAR

120594

Böyük Britaniya Türkiyədə zəlzələ bölgəsində humanitar səylərə kömək etmək üçün Türkiyəyə qoşun göndərməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles "Sky News"a deyib.

O bildirib ki, Böyük Britaniya Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında bu ölkəyə yardım edir.

Türkiyənin zəlzələ baş vermiş bölgəsində səhra xəstəxanasının qurulacağını deyən nazir Uolles: "Səhra xəstəxanamız artıq bu gün qurulmalıdır", deyə bildirib.

Müdafiə naziri deyib ki, Böyük Britaniya yaralıların və humanitar yardımın Türkiyə ərazisində daşınması üçün yardım edir və C-130 Hercules (hərbi nəqliyyat təyyarəsi) hava dəstək qrupu bu günlərdə Türkiyəyə gedəcək.

Uollesin sözlərinə görə, NATO Baş katibi də humanitar yardımların daşınması üçün NATO-nun hava dəstəyinin hazır olduğunu bildirib.

"Mən demək olar ki, hər gün türkiyəli həmkarım Akarla təmasdayam (yazılı və ya telefon əlaqəsi). Mən ötən gün danışığımız zamanı humanitar səylərin reallaşması üçün əgər ehtiyac olarsa ordu göndərməyi də təklif etdim", Böyük Britaniya müdafiə naziri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO