Rusiya SEÇİM QARŞISINDA – Vardanyan Moskvadan hansı tapşırıqla qayıdıb?

Rusiya SEÇİM QARŞISINDA – Vardanyan Moskvadan hansı tapşırıqla qayıdıb?

Hazırda oxunan: Rusiya SEÇİM QARŞISINDA – Vardanyan Moskvadan hansı tapşırıqla qayıdıb?

120567

Ermənistanın “hraparak” nəşri Qarabağ separatçılarının qondarma “dövlət naziri” postunu tutan milyarder Ruben Vardanyanın Xankəndidə olduğu barədə məlumat yayıb. Belə ki, Vardanyan fevralın 13-də tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirib.

Bildirilir ki, edən R.Vardanyan görüləcək çox işin olduğunu söyləyib. Onun separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi də qeyd dilir.

Qeyd edək ki, eyni nəşr ötən həftə Ruben Vardanyanın Moskvaya getdiyini yazmışdı.

Vardanyan yoxsa Arutyunyan?

Diqqət çəkən əsas məqamlardan biri Vardanyandan bir neçə gün öncə separatçıların başçısı Arayik Arutyuyanın Moskvaya səfər etməsidir. Siyasi şərhçilər separatçı rəhbərlərinin Moskvaya ardıcıl səfərlərinin heç də təsadüfi olmadığı qənaətindədirlər. Xüsusilə də, Moskvanın çağırışlarının Rusiyanın Qarabağda bu iki fiqurdan hansı ilə yolda davam etməyi seçəcəyilə bağlı yekun qərarın verilməsinə hesablandığı vurğulanır.

Əgər bir neçə ay əvvəl Moskvanın mümkün seçimi ilə bağlı fikir bildirməli olsaq, taxt mübarizəsində Vardanyanın ön planda olduğunu deyə bilərdik. Lakin Laçın yolundakı aksiya və Azərbaycanın erməni oliqarxa qarşı rəsmi mövqeyinin mənfi olması Kremlə də təsirsiz ötüşməyib. Çünki baş verənlər Vardanyanın da əlini zəiflədib.

Arutyunyan isə, ümumiyyətlə, məğlub, güvənilməyən fiqurdur. Əgər belə olmasa idi Rubeni Qarabağa göndərməyə ehtiyac da qalmazdı. 

Lakin Vardanyanın qayıdışından sonra separatçı rejim daxilində baş verənlər gələcəklə bağlı mənzərəni görməyə imkan yaradır.

Ruben rəqiblərini təmizləyir...

Qeyd etdiyimiz kimi, Vardanyan fevralın 13-də Qarabağa gəlib, separatçıları başına topladı və iclas keçirərək tapşırıqlar verib. Böyük ehtimalla, Ruben Moskvadan gələn sifarişlərin icrasına start verib. Və bu sifarişlərdən ilki böyük ehtimalla Vardanyanın potensial rəqiblərinin təmizlənməsidir. Çünki fevralın 14-də separatçılar arasında böyük nüfuza sahib olan, qondarma rejimin təhlükəsizlik şurasının sabiq katibi Vitali Balasanyanın barəsində cinayət işi açıldı.

Xatırladaq ki, Balasanyanın vəzifədən uzaqlaşdırılması da məhz Vardanyanın xidməti idi.

Ehtimal olunur ki, Balasanyanın Azərbaycanla təmasların qurulmasında iştirakı ona kreslosunu itirmək bahasına başa gəldi. 

İndi isə Vitalinin tamamilə səhnədən kənarlaşdırılması prosesinin davam etdirilməsi Vardanyanın rəqiblərini təmizləməsi ilə yanaşı, Azərbaycanla mümkün dialoqu bloklamaq və ya özünün danışıqlarda iştirakına yol açmaq üçün atılan addım kimi də dəyərləndirilə bilər.

Azərbaycanın mövqeyinə gəlincə...

Rəsmi Bakı üçün Arutyunyan terrorçu, Vardanyan isə cinayətkardır. Yəni, Qarabağ erməniləri ilə mümkün təmaslarda Azərbaycan nə Arayiki, nə də Rubeni tərəf müqabili kimi qəbul etməyəcəyini bəyan edib. Belə olan halda, Qarabağda Vardanyanın baş rolda olduğu oyunun davam etdirilməsi sülh və sabitliyə əngəl kimi görünür. 

Hazırki mənzərədən belə aydın olur ki, Vardanyanın başçılığında Qarabağda yaşayan ermənilərin Azərbaycana könüllü inteqrasiyasına nail olmaq çətin olacaq. Bu isə silahların işə düşməsi ehtimalını artırır. Söhbət təkcə Azərbaycanın növbəti antiterror əməliyyatlarından getmir. Elə separatçıların öz arasında da qruplararası silahlı toqquşmaların başlaması ehtimalı günbəgün artır.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO