Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a ÇATDI - ADLAR

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a ÇATDI - ADLAR

Hazırda oxunan: Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a ÇATDI - ADLAR

120558

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Həlak olan Azərbaycan vətəndaşlarının adları:

1) 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı
2) 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı
3) 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı
4) 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı
5) 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızı
6) 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlu
7) 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlu
8) 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlu
9) 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızı
10) 2000-ci il təvəllüdlü Şahin Vəliyev

Həlak olan Azərbaycan vətəndaşlarının cənazələrinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO