Zəlzələ bölgəsində 300 min mənzilin tikintisinə EHTİYAC VAR

Zəlzələ bölgəsində 300 min mənzilin tikintisinə EHTİYAC VAR

Hazırda oxunan: Zəlzələ bölgəsində 300 min mənzilin tikintisinə EHTİYAC VAR

120546

Türkiyədə baş vermiş zəlzələlərdən sonra ümumi zərərin qiymətləndirilməsi işi sürətlə davam edir. 

Bizim.Media “Yeni Şafak”a istinadən xəbər verir ki, zəlzələdən zərər çəkmiş 10 əyalətdə indiyədək 47 min binanın dağıldığı, yaxud ciddi şəkildə zərər gördüyü müəyyən edilib.

Hazırkı məlumatlar göstərir ki, zəlzələ bölgəsində 300 min mənzilə ehtiyac var. Kütləvi Mənzil İdarəsi (TOKİ) artıq bölgədə mənzil layihələri üçün işə başlayıb. TOKİ ilk mərhələdə 30 min ev hazırlamağı planlaşdırır, bu rəqəm iyun ayına qədər 100 minə çatdırılacaq. 

Bölgədə bundan sonra təxminən 400 min nəfərlik yaşayış və iş yeri tikiləcəyi təxmin edilir. 

Qurumun məlumatında qeyd olunub ki, zəlzələdən zərər çəkmiş bütün bölgələrdə fevralın sonundan etibarən tikinti fəaliyyəti başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO