Ərdoğan: “Dağılan binaların böyük əksəriyyəti 1990-cı ildən əvvəl tikilənlərdir”

Ərdoğan: “Dağılan binaların böyük əksəriyyəti 1990-cı ildən əvvəl tikilənlərdir”

Hazırda oxunan: Ərdoğan: “Dağılan binaların böyük əksəriyyəti 1990-cı ildən əvvəl tikilənlərdir”

120501

“Son fəlakətdə dağılan bütün binaların 98 faizinin 1990-cı ildən əvvəl tikilməsi tikinti standartları baxımından əldə etdiyimiz irəliləyişləri göstərir”. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bəyan edib. 

O, qeyd edib ki, artıq martın əvvəlində zəlzələdən zərər şəkənlər üçün 30 min evin tikintisinə başlanılacaq: 

“Bir neçə ay ərzində bütün xətlərin çəkilişinə başlanılacaq. Zəlzələ qurbanlarının müvəqqəti sığınacaq ehtiyaclarını çadırlar, konteyner yataqxanaları, hotel otaqları və hər cür şəraiti olan ictimai mehmanxanalarla təmin etməyi planlaşdırırıq. Məqsədimiz mənzil ehtiyacını 1 ilə tamamlamaqdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO