XİN: Dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb - YENİLƏNİB 

XİN: Dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb - YENİLƏNİB 

Hazırda oxunan: XİN: Dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb - YENİLƏNİB 

120464

Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. 

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb. 
Ümumilikdə Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı altı nəfərə çatıb.

*** 20:38

Dağıntılar altında qalmış tələbələrimizdən biri - Şahin Verdiyevin ölüm xəbəri təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Şahin Verdiyevin dayısı İTV-nin Malatyaya ezam olunmuş müxbirinə bildirib. 

O, dağıntılar altından çıxarılan cəsədin Şahin Verdiyevə aid olduğunu təsdiqləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO