Xəbər verdiyimiz kimi, fevralın 13-də səhər tezdən İle-de-Frans və Normandiya üzərində kiçik bir meteoroit uçub, Manş-La-Manş boğazına daxil olarkən isə yanaraq səmanı işıqlandırıb.
Kiçik göy cismini - diametri təxminən bir metr olan meteoroiti ilk dəfə Macarıstandan olan həvəskar astronom qeydə alıb. Məlumatı alan Avropa Kosmik Agentliyi (ESA) bazar günü axşam onun trayektoriyasını hesablayıb və xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, “Sar 2667” adlı meteoroit səhər saat dörd radələrində Yer atmosferi ilə toqquşub və La-Manş sahillərində yanıb. Parıltı xüsusilə Normandiya üzərindəki səmada və Britaniyanın cənubunda nəzərə çarpıb.
Göy cismi Parisdə də müşahidə edilib və Paris Radio Evində quraşdırılan kamera vasitəsilə çəkilib.
Meteorit Yerə heç bir ziyan vurmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:24 / 14.02.2023
Meteorit Parisdə də görünüb – ANBAAN VİDEO
Hazırda oxunan: Meteorit Parisdə də görünüb – ANBAAN VİDEO
Hazırda oxunan: Meteorit Parisdə də görünüb – ANBAAN VİDEO
120431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.