Moderator.az “newsru.co.il”x9d-ə istinadən xəbər verir. Bu gün, Səudiyyə Ərəbistanının başçılığı altında Ərəb koalisiya komandanlığı krallığın Hərbi Hava Hücumu qoşunlarının “Patriot”x9d zenit raket kompleksi ilə şiə üsyançıları tərəfindən buraxılan “Scud”x9d balistik raketini vurduğunu bəyan ediblər. Koalisiyanın mətbuat katibi briqada generalı Əhməd əl-Assirinin sözlərinə görə, raket Xamis Muşait ş
əhərinə doğru buraxılıb. Bu şəhərin yaxınlığında koalisiya qüvvələrinin böyük Hərbi Hava Qüvvələri bazası yerləşir. General yaşayış məntəqələrini raket atəşinə tutan və İran tərəfindən dəstəklənən husitləri ittiham edib. “Kral Xalid”x9d hərbi bazası Yəmən sərhəddinin 100 kilometr şimalında yerləşir.xa0
Əməliyyatların başlaması ilə bu baza Hərbi Hava Qüvvələrinin əsas hərbi əməliyyat yerinə çevrilib. Bu hərbi bazanı mümkün raket hücumlarından dəf etmək üçün “Patriot”x9d zenit raket kompleksi ilə səfərbər ediblər. Səudiyyə Ərəbistanının ərazisinin raket hücumları və odlu silah istifadəsi nəticəsində kralığın 90 vətəndaşı həlak olub. Ümumiyyətlə isə Yəməndə bu münaqişə nəticəsində 6.100 nəfər həyatını dəyişib. Tərcümə etdi: Ramil Həsənli.





























































































